ANA SƏHİFƏ
XƏBƏRLƏR
HƏYAT VƏ FƏALİYYƏTİ
Ç.M. FONDU
FOTO ALBOM
QARABAĞ
XOCALI SOYQIRIMI
VİDEO ARXİV
MƏQALƏLƏR
KİTABLAR

 

ÇİNGİZ ÖMRÜ…

İyunun 15-də mərhum jurnalist Çingiz Mustafayevin vəfatından 5 il keçir.
Acı həqiqətləri kameranın köməyi ilə tarixin yaddaşına köçürən Çingiz… Hamının bu həqiqətlərin düz «gözünün içinə» baxmağa məcbur edən bir İNSAN…
1960-cı il avqustun 29-dan 1992-ci il iyunun 15-nə kimi olan yaş dövrü çox qısadır – cəmi 32 il. Amma mənalı, mübariz, cəsarətli, HAMIYA örnək olası ömürdür. Vətəninin sevən, onun üçün yaşayan və onun uğrunda özünü qurban verən bir vətəndaş ömrüdür…
Çingiz şəhiddir, onun vəfatının xatırlandığı günlərdə gözləri tez-tez dolan bir ananın şəhid övladıdır. Çingiz 9 aylıq körpə Fuadını qoyub, əsrimizin faciəsini – Xocalı qırğınını bütün dünyaya haray çəkmək üçün yollananda. Bu yolun sonunun ŞƏHİDLİK olacağını yəqin ki, fikirləşirdi. Naxış xala üçün o günlərdən danışmaq çox ağırdır:
«Xocalıdan sonra Çingiz özünə gələ bilmirdi. Çətin idi onun üçün. «Mən getməyim, o getməsin, bəs kim getsin?»- deyirdi. Düz 5 il bundan qabaq iyunun 13-ü çıxıb Bakıdan. O vaxtdan düz 5 ildir ki, Çingiz Bakıda yoxdur».
Hə, Naxış xala yaman kövrəldi. Çingizin 5 ildir Bakıda olmadığını söylədi. Amma… Çingiz buradadır, özü də təkcə Bakıda yox, bütün Azərbaycandadır – Vətənini, torpağını sevən adamların qəlbində, kövrək yaddaşlardadır. Həmişə bizimlə BİRGƏDİR…
Sabah həmkarımız, istedadlı jurnalist Çingiz Mustafayevin vəfatının 5-ci ildönümüdür.
Allah rəhmət eləsin. Qəbri nurla dolsun…

Z.Sabirqızı.
“MİLLƏT” qəzeti.
10.06.1997.

© 2004 Copyright In Memory of Chingiz Mustafayev. www.chingizmustafayev.com