ANA SƏHİFƏ
XƏBƏRLƏR
HƏYAT VƏ FƏALİYYƏTİ
Ç.M. FONDU
FOTO ALBOM
QARABAĞ
XOCALI SOYQIRIMI
VİDEO ARXİV
MƏQALƏLƏR
KİTABLAR

 

«ÜZ-ÜZƏ»

İnsan dünyaya gəldiyi gündən ölüm adlı bir kabus addım-addım gəzir onun ardınca. Kimi bu ölümdən qorxub qaçır, kimi isə ölümün gözünün içinə dik baxaraq ona doğru irəliləyir. Və çox zaman belə insanların ölümü ilə ölümün acığına ölümsüzlüyə çevrilir. Belə insanlar də qəlblərdə, ürəklərdə ədəbi həyat qazanıb ölümə meydan oxuyurlar. Belə ədəbi həyat daşıyıcılarından biri də Çingiz Mustafayevdir.
Son vaxtlar ölümün adiləşdiyindən çox yazırlar. Lakin hər ölümün adiləşdiyi fikri ilə heç cür razılaşa bilmirəm. Çingizin ölümü adiləşə bilərmi? Artıq 5 ilə yaxın bir müddətdi ki, Çingiz cismani şəkildə aramızda yoxdu. Lakin onun əməlləri, döyüşkən ruhu, tükənməz enerjisindən, jurnalist bacarığından yaranan maraqlı verilişləri, yaşadığımız faciələri son dərəcə dəqiqliklə yaddaşında saxlayan kino lentləri hələ də bizimlədir. Fikirləşəndə ki, Çingiz hələ nələr yarada bilərdi… Hansı mətləblərin üstünü aça bilərdi, onun yoxluğu yaxıb-yandırır bizi… Bəlkə də elə bütün bunlar səbəb oldu onun vaxtsız ölümünə… Hakimiyyət davalarının, vəzifə alverlərinin Çingiz kimi oğullarımızı əlimizdən almasına görəsən nə vaxta kimi dözəcəyik?.. Görəsən, bizi yolumuzdan sapdıranlara lənət oxuyub birdəfəlik onlardan uzaqlaşmaq üçün hələ çoxmu qurbanlar verəcəyik?
Yazımı ölümlə başladım, ölümlə də bitirmək istəyirəm. Bir şairin dediyi kimi, ölüm sevinməsin qoy! Sevinməsin ki, o Çingizi bizdən ayıra bilmədi…

V.RZAYEVA
“YENİ AZƏRBAYCAN” qəzeti
18 iyun 1997.


© 2004 Copyright In Memory of Chingiz Mustafayev. www.chingizmustafayev.com