ANA SƏHİFƏ
XƏBƏRLƏR
HƏYAT VƏ FƏALİYYƏTİ
Ç.M. FONDU
FOTO ALBOM
QARABAĞ
XOCALI SOYQIRIMI
VİDEO ARXİV
MƏQALƏLƏR
KİTABLAR

 

ANANIN HAQQ SƏSİ ÇİN OLACAQ

Mübarək, əziz günlərdə üzümüzü Allaha tutub dua edirik ki, gələcək nəsillər doğma Vətənimizi ədəbi, müstəqil. Azad, xoşbəxt görsünlər və bu parlaq gələcəyin təməlini qoyanları heç vaxt unutmasınlar.
Çingiz Mustafayev! Bu ad çağdaş durumda əfsanəyə dönüb, əbədiləşib. Saxlancımızda onun bizə və gələcək nəsillərə neçə-neçə müqəddəs zəmanətləri qorunmaqdadır. Həmişə gənc, enerjili həmişə çevik Çingiz! Deyirlər, onun saçları da sözə baxmayan olub. Telləri biz-biz durarmış. Bəlkə onun saçları da daim duyuq saç ömrü yaşayıb?!
Bir az keçmişə boylanaq. Ekrandan Çingiz görünür. Öz yeni çəkilişləri ilə birgə, hər bir azərbaycanlının evinə yeni sürpirizlər gətirdiyi anlar xatırlanır.
Deyirlər «Anaya bənzər oğul xoşbəxt olur». Bəndəniz bu əminliy qəhrəmanımızın anası Naxışın iyunun 15-də televiziya ilə etdiyi çıxışında dərk etdi. İlahi, oğul da anaya bənzər?! Düzü, özümü ələ ala bilmədim. Fikirləşdim ki, o nəinki cizgiləri, həm də qüruru, vüqarı daxili əzəməti ilə İNSAN MƏNƏVİYYATINI, İNSAN BÜTÖVLÜYÜNÜ ortaya qoydu. 9 ilin ayrılıq astanasında sən göz yaşı axıtmadın! Sən ana böyüklüyünə bürünərək n azə oturuşunla-duruşunla bizlərə nümunə oldun, Naxış ana! Sən ey müqəddəs qadın, sən ey Allahın yaratdığı insan övladı! Bir neçə dəqiqə içindəkiləri dilə gətirməklə milyonların qəlbinə yol açdın, möcüzələşdin!..
Ana – Vətən deməkdir. Çingiz müqəddəs ocağın yetişdirməsidir. Çingizin ilk təam qisməti pak, halal ana südü olub. Elə bu hala qisməti, halal Tanrı payı Çingizin ömür cığırına nur çiləyib Anası qədər sevdiyi Vətəninin müdafiəsi uğrunda döyüşə yollanıb. Müdriklər sözü bu anlar sapa düzülür.
Deyirlər güllənin səsi bir an çəkir və çox uzağa getmir. Qələmin səsi isə əsrlər boyu əks səda doğurur. Çingizin lentlərdə qalan səsini dinləyəndə sanki canlı roman oxuyursan. 1991-ci ilin iyun ayı. Söz vaxtına çəkər. Naxış ana o günləri unuda bilomir. Bəlkə o anlar evində bir başıpapaqlı tapa bilmədiyini xatırlayır, - Seyfulla, Çingiz, Vahid! Hər üçünü Qarabağ qeyrəti boğurdu. Bu da taleyin bir naxışıdı, Naxış ana!
Onsuz da bir az tez-bir az gec, hər birimiz dünyamızla vidalaşmağa hazırıq. Çingizin vidası bizlərin vidasına bənzəmir! Onun vidası kişi vücudunu «öncə Vətən» uğrunda hikmətə qurban deyən vida oldu!
Bizlərin evinə televiziya vasitəsilə tez-tez qonaq gələn Çingiz! Sən adi qəhrəman deyilsən! Qəhrəmanlığın adına kölgə salan birisi də deyilsən – Bütöv Azərbaycan xislətli bütöv kişilər cərgəsindənsən sən!
Sən bütöv Azərbaycan analarının həsrətlədiyi oğulsan! Sən müstəqilliyimizin təməlini qoyanlara qoşulub onların ocağına qovuşdun! Vücudunu əmanətləyən Şəhidlər Xiyabanında əzizlənənlərin arasında sıralananlara qoşuldun, Çingiz!.
Ruhun dolaşan, vücudun uyuyan ocağa and olsun ki, içində haqq dünyasına apardığın arzuların çin olacaq!

Natella ASENA
“TƏZADLAR” qəzeti.
3-10 iyul, 2001.


© 2004 Copyright In Memory of Chingiz Mustafayev. www.chingizmustafayev.com