ÇİNGİZ: GÖZÜNÜZ UŞAQLARDA OLSUN!
«Biz Xocalıdan çıxanda gecə saat on idi. Atam
səngərdən qayıdıb üçümüzü də yataqdan durğuzdu.
Anamın üstünə hökmlə qışqırdı ki, bizi də götürüb
Ağdama getsin. Anam özünü itirdi. Divara qısılıb
ağladı.səni ermənilərin əlinə verə bilmərəm
– deyə ayaqlarına düşdü. Anam atamdan ayrıla
bilmədi. Bizcə hər ikisindən ayrılmalı olduq.
Xalamıza qoşulub Bakıya gəldik. Bakıda da… Qaçqınlar
adnan deyilir. Heç cür uyuşa bilmirdim bu ada.
Məktəbdə kim nədən soruşurdusa haralıyam, deyirdim
ki, bakılı. Çünki eşidçndç ki, Xocalıdanam deyirdilər
qaçqındır, yazıqdır, yetimdir.
Bir deyən olmur ki, Yasəməndir»…
Aman allah… 12 yaşlı Xocalı uşağının narahatlığına
bir bax. Elə bilir Yasəmən deyən kimi özü boyda,
Xocalı boyda dərdini unuda biləcək. Duyub ki,
başqalarına doğmalaşan özü özgələşər. Bakı ilə
Xocalı arasında qaldığından, doğmaları saf-cürük
eləməyə imkan tapmayıb hələ. Görəsən nə vaxtsa
Xocalıya qayıdanda, Yasəmən Bakını necə xatırlayacaq?
İnsanları dərd birləşdirər – deyiblər. Amma
bizim dərd o dərddən olmadı. Bizim dərd bizi
şəhərbəşəhər, kəndbəkənd səpələdi. Neçə yerə
böldü… Bəs uşaqları bir-birindən ayıran nə oldu?
Masamın üstündə böyük bir siyahı var. Xocalı
faciəsində hər iki valideyini itirmiş uşaqların
siyahısı. Bu uşaqların hərəsi bir ailədə böyüyür.
Kimi qohumuyla qalır, kimi sanatoriyada, kimi
də ayrı-ayrı rayonlarda məskunlaşıb. Onları
axtarıb tapmaq üçün uzun bir ömür lazımdır,
böyük bir ürək lazımdır. Yollar, talelər elə
ayrılıb ki, valideynsiz uşağın sorağını almaq
mümkün deyil. Bu ömürlər ancaq siyahıda bir
yerə toplaşıb…
Yolum qaçqınlar komitəsindən keçdi. Xocalı qərargahına
girməyimlə 10 yaşlı bir qız uşağı ilə rastlaşmağım
eyni oldu. Görkəmində yaşlı adamlara xas zəhm
duyulurdu. Qoltuğumda xudmani kirləşdim ki,
kimi siyahıya düşür, kimi özünü siyahıya saldılar.
Kimi diri gözlü yetim qalır, kim də atalı-analı
yetim… kimlərsə 1 nömrəli uşaq evində məskunlaşanlar
kimi isti ocaq.
Yadıma rəhmətlik Çingiz Mustafayevin kamerası
düşdü. Dedim görəsən Çingiz sağ qalsaydı, azəri
balalarının bugünkü faciəsini necə açardı? Aça
bilərdimi?.. Vaxtın ani burulğanında çapışa-çarpışa
sinəsi dağlı körpə fidanların xilası üçün yaşadı
Çingiz. Yox, Çingiz ağlamadı, canlı kameraya
çevrilib ölümə əsir düşmüş uşaqları əsirlikdən
qurtardı. Bu kamera məni çox-çox uzaqlara çəkib
apardı. Çingizin uyuduğu yerə. Bu uzaqda deyil.
Bakının ən gözəl guşəsində yerləşir. Amma Çingiz
özü Bakıda deyil. Qarabağdadır, Xocalıdadır,
Laçındadır. Yadıma Səadət adında bir tələbə
qızın Çingizə həsr elədiyi «Qırmızı köynəklər»
adlı hekayəsi düşdü. Hekayə dialoqlar üzərində
üzərində qurulub. Qəbirstanlıqda uyuyan iki
uşaq darıxdığı üçün gecənin yarısı kiminləsə
oynamaq istəyir. Birdən Çingiz əməlləri yadlarına
düşür. Tez qaçırlar onun yanına. Çingiz körpələri
görcək adlarını soruşur. Uşaqlardan kimsə «Öz
adımı bilmirəm, amma nənəm ağlayanda eşitdim
ki, adım şəhiddir». Yəqin ki, sənin də adın
şəhid əmidir, eləmi? – deyib Çingiz əmisinə
sığınır.
Hə… Çingiz əmi bütün şəhid körpələrin əmisi
oldu. Bütün şəhid onların yolunda şəhid oldu…
Hadisə zamanı dəhşətli mənzərəni lentə alırmış.
Bakıdan gəlmiş vertalyot geri qayıdandan 45
dəqiqə keçmiş kimsə xatırlayır ki, jurnalist
yadan çıxıb qalıb. Və Çingiz bu hər biri neçə
ilə bərabər dəqiqələri ölülərin içərisində tək-tənha
qalır, qorxmadan kamerasını işlədir. Eh, Xocalı
haqqında olan kitablardakı şəkillərin hamısı
Çingizin videosundan götürülüb. Ancaq… teleşirkətin
nüməyəndələri onun kamerasını almağa elə tələsirdilər
ki? Həmin kameranın gözünə dik baxan oğluma
bir kameranı çox gördülər. İşə baxın bir. O,
Xocalıdan qayıdan günün gecəsi hövlnak Moskvaya
uçdu ki, mətbuat konfransında çəkdiklərini dünya
ictimaiyyətinə bəyan etsin, xalqın qanı yerdə
qalmasın. Amma qəbrinin üstü bu günə kimi götürülməyib.
Tələsmirlər. Hər gün oğlumun qəbir evinə gedirəm.
Silirəm, süpürürəm. Axı qonaqpərvər idi, indinin
özündə də gəlib-gedəni olur.
Qəribə bir hökm vardı Naxış xalanın səsində
Yanıqlı bir hökm. Yəqin ona görə ki, onun haqqı
hamıdan çox çatır buna. Çünki Naxış xalanın
tək Çingizi deyil, o biri iki oğlu da bu yoldadır,
bu məslək sahibidir. Onun Çingizi bir əqidəylə
gəldi, bir əqidəylə də getdi. Gələndə kamerası
ilə gəldi, gedəndədə… Kamerasının gözü onun
dalınca qaldı. Qəribsədi Çingizçin. Bu kameradan
kimlər gəlib, keçdi. Amma ən sızıltılı, ən müqəddəs
kadrları yalnız Xocalı balalarının məsum çöhrələri
oldu.
İki il keçir. Xocalı qırğınından, Çingizin ölümündən.
Yenə də Çingiz əmilərinin kamerası hər tərəfdən
onlara baxır, nəzarətdə saxlayır körpələri.
Nigar Huray
«VAHİD » qəzeti.
16 iyul 1994.