ANA SƏHİFƏ
XƏBƏRLƏR
HƏYAT VƏ FƏALİYYƏTİ
Ç.M. FONDU
FOTO ALBOM
QARABAĞ
XOCALI SOYQIRIMI
VİDEO ARXİV
MƏQALƏLƏR
KİTABLAR

 

Ç.MUSTAFAYEV: «BU GÜN AYIN 16-SI. LAÇIN ŞƏHƏRİ, SAAT 1. SƏHƏRDƏN LAÇINI BÜTÜN BURDA OLAN HƏRBİ QÜVVƏLƏR, HƏRBİ TEXNİKA ATIB GEDİB»

16 may 1992-ci il gündüz saat 13 radələrində Laçını qoşunlar tərk edən zaman mərhum telejurnalist ÇİNGİZ
MUSTAFAYEVİN apardığı çəkilişin stenoqramı

I NAMƏLUM HƏRBÇİ: Döyüş başladı ha… (Söhbət Laçın polkunun ştabında gedir)
VAQİF SADIQOV (kapitan): hamı dala verdi?
I NAMƏLUM HƏRBÇİ: Hə, yox, o qruppa. Bu qruppa vardı ha. 1-ci yaralını gətirən kimi gözümüzün qabağında bir dəstə qaçdı. Qalanları isə doqquz ədəd təkərli maşın…
VAQİF SADIQOV: Mən bilirəm.
I NAMƏLUM HƏRBÇİ: Çingizə vermişəm… İki dənə BMP oğurlayıb qaçdılar. Mən qalxdım maşın dalınca, kömək dalınca, orda vurmağa. Gəldim ki, doqquz dənə maşın, üç dənə BMP yoxdur.
VAQİF SADIQOV: Ayə, hamısı erməniyə qalacaq, tez olun yubatmayın, hamısı erməniyə qalacaq, heç nə eliyə bilmirsiniz, a mağmunlar. Gəlin hamımız kömək eləyək, qaytaraq dala.
II HƏRBÇİ: Siz tanıyırsınız da Vaqif hər yeri, hansı yolların haradan gəldiyini?
VAQİF SADIQOV: Bəli.
II NAMƏLUM HƏRBÇİ: Davay tankları salaq ora.
VAQİF SADIQOV: Göstərək də, göstərək, bu dəqiqə göstərək, bir dənə yol var. İkinci yol yoxdur, hardan gələcək? Hər tərəfi harda yol var, bağlayacağıq.
ELBRUS ORUCOV: Vaqif, Turşsuyun üstə körpü var ha, iki dənə BMP-miz… 1 dənə BMP-miz, 1 dənə tankımız aşdı orda.
VAQİF SADIQOV: Körpü açıqdı? Tanklar keçə bilər ordan?
ELBURUS ORUCOV: Bu boyda körpüdür. (əli ilə körpünün evini göstərir). Keçərik. Tanklar sürüşüb (içəridə səs-küy qopur).
I NAMƏLUM HƏRBÇİ: Əşi BMP güclə keçir, hər tərəfdən bu boyda yer qalır (əli ilə göstərir).
VAQİF SADIQOV: Biz gərək tankları götürüb gedək. Qayıdaq yolu tutaq. Əşi kişisiniz, qeyrətiniz olsun.
I NAMƏLUM HƏRBÇİ: Hə qayıdın.
II NAMƏLUM HƏRBÇİ: Ayə texnikanı qaytarmaq lazımdır onlara.
MÜLKİ ŞƏXS: Orucov, mən xahiş edirəm… Qurban olum, özü də siz təsəvvür edink ki, Kəöhnəkəndi boş qoysanız, onların Turşsudan qabağını kəssəniz də, bəridən kəssəniz də bunlar Köhnəkənddən çıxıb burdan karidoru… Ona lazımdır əsas bu saat karidor yaratsınlar (içəridə səs-küy qalxır və otaqdan çıxırlar).
ÇİNGİZ MUSTAFAYEV: …qoy məni tutsunlar, erməniyə müsahibə verəcəyəm. Mənim yanımda Rahim… cıra-cıra bu tankları, snaryadları göndərdi hamısını bura. Rusun ayağının altında yalvara-yalvara. Dünən gözümün qabağında. Nəhim… cıra-cıra yazıq… bu qədər texnika göndərdi bura, bu qədər snaryad gəldi bura. Gündə bu qədər qrad tullanılır, gündə bir dənə BMP atılır.
VAQİF SADIQOV: Qardaş biz heç hara getmirik, qalırıq burda vəssalam.
NAMƏLUM HƏRBÇİ: Hara gedir, ə bu millət, hara?
ŞAKİR: Oğraşlara deyin, gedin orda deyin, a biqeyrətlər, qayıdın Laçına. Gedək postları tutaq təzədən. Gedin deyin… (söyüş) qayıdın geri. Biz getmirik bu torpaqdan. Ölək, bu torpağı verməyək.
TOPÇU: Mübariz, otur maşina, get, qardaş, o biri qradı gətir mənim yanıma da.
ŞAKİR: (ağlaya-ağlaya): Balaca uşaqlar qalıb orda, ay bunların (söyüş)
NAMƏLUM HƏRBÇİ: Ayə, arvad-uşaq qalıb kənddə.
VAQİF SADIQOV: Kəndlərdən bir dənə arvad-uşaq çıxmayıb. Hamısı qalıb kəndlərdə.
TOPÇU: Sən otur maşina, qardaş, get o biri qradı gətir mənim yanıma, vəssalam.
ÇİNGİZ MUSTAFAYEV: Belə eləmək olmaz, cəhənnəm bir dənə BMP-dir, takdır, olmasın. Laçına bir dənə çıxış yoxdur?
VAQİF SADIQOV: Mən partladıram buranı.
ÇİNGİZ MUSTAFAYEV : Onu ora… partlatmaq? Bir dənə onu bura qoymaq olmaz ki? Bir dənə gedənin beynindən vursunlar…
VAQİF SADIQOV: Mən oranı partladıram, demişəm, qradla, vuracam kim getsə.
ÇİNGİZ MUSTAFAYEV: Mən sizə deyirəm, Rəhim şəxsən mənə deyib, bilmirəm baxdığınız televizorda ya yox.
VAQİF SADIQOV: Rəhimin günahı yoxdur, bu boyda texnika göndərib, bu boyda şey göndərib.
ÇİNGİZ MUSTAFAYEV: Yox, gör mən nəyi deyirəm, Vaqif. Dayan, dayan. Rəhim şəxsən mənə müsahibədə dedi: «Əmrə qol çəkmişəm, hər dala gedən güllələnir yerində».
ŞAKİR: Komandirlər güllələnsin, komandirlər gedib…
ÇİNGİZ MUSTAFAYEV: Bir dənə tankı qoy, luboy gedənin gülləni qoy beynindən vəssalam.
YERDƏN SƏSLƏR: Komandirlər güllələnməlidir!
VAQİF SADIQOV: Axşam gördüm bir belə millət yığılıb, qabağını kəsdim, tək saxladım. Saxladım, səhər boşladılar.
ÇİNGİZ MUSTAFAYEV: Orucov hanı?
VAQİF SADIQOV: Yoxdur, heç biri yoxdur burda.
YERDƏN SƏS: Pozisiyadır.
ÇİNGİZ MUSTAFAYEV: Demək Orucovu da atıb gedirik də, əgər buradadırsa?
NAMƏLUM HƏRBÇİ: Orucov da pozisiyadadır.
ÇİNGİZ MUSTAFAYEV: Üzr istəyirəm, yox canım bunlardan söhbət gedir. Bax bir nəfər mənə desin burada, net ya qovaryu o deyəni. Bax bir nəfər mənə desin ki, Bakıdan komanda gəlib ki, ya hansısa komandirdən komanda gəlib ki, Laçını tərk edin.
ŞAKİR: Komandirə kim ixtiyar verib ki, ştabı buradan köçürürlər? Kim onlara ixtiyar verib?
NAMƏLUM HƏRBÇİ: Heç bir komandir yoxdur. Özləri qaçıb… (söyüş).
YERDƏN SƏSLƏR: Özləri qaçıb!.. (söyüş).
ÇİNGİZ MUSTAFAYEV: Onu çəkmişəm narahat olma.
ŞAKİR: Vicdansızlar. Gəlib burda camaata deyirəm qayıdın posta, hamısı deyir ki, komandir deyib. Əyə, nəyə görə komandir desin bunu?
I NAMƏLUM HƏRBÇİ: A kişi, burada komandir yoxdur, uşaqlar gedib vuruşub eləyirlər, vuruşub postu alırlar.
II NAMƏLUM HƏRBÇİ: Tanklar vuruşmaq üçündür, amma hamısı dayanıb burda.
I NAMƏLUM HƏRBÇİ: Burada heç bir komandir-zad komanda verməyib ki, dala çəkilin, belə çəlinin, əlinə imkan keçən aradan çıxır, əlinə imkan düşün aradan çıxır.
TOPÇU: Məni maraqlandıran bir şeydir ki, bir qradnan…
II NAMƏLUM HƏRBÇİ: Get bu dəqiqə qabağa, gör nələr qaçıb. O dediyin adamlar hamısı qaçıb
III NAMƏLUM HƏRBÇİ: Heç biri yoxdur hamısı qaçıb.
ŞAKİR: Adları çəkilən, adları həmişə deyilən oğlanlardır, qabaqda gedən…
TOPÇU: Bir qradnan buranı saxlayırıq. Bir dənə qradnan. Kruqovoy oborona postoyannı hər yerə vururdu. Ermənistan tərəfə də, bu biri tərəfə də, hər tərəfə də.
IV NAMƏLUM HƏRBÇİ: Tankçılar getməyib, kim gedir tankçılardan, ancaq o pexota… Gəl bura, gəl bura boydan çıxan tanka bax. Sonra deyirlər tankistlər qaçıb. Tankistlər budu hamının yanında, bax bu cür boyda… qabaqdan şitderə bax, tankist onu eləməzdi ki, Ekipaj itirmişik, mexaniklə qalmışıq. Ekipaj verin. Ekipaj qalıb boyda, hamısı. (Çingizlə çəkilişi qrupu maşınla gedirdilər maşınlarla qarşılaşırlar).
ŞAKİR: Bizim Laçın uşaqlarıdır. Orda postaydılar. Uje qayıdırlar Laçınıa özləri.
V NAMƏLUM HƏRBÇİ: Hansı ki, burada dururlar.
(Çəkiliş qrupu maşınla gedərkən qarşılaşdığı kalonun qarşısını saxlayır).
(ardı var)

“MİLLƏT” qəzeti.
23 fevral 1995.


© 2004 Copyright In Memory of Chingiz Mustafayev. www.chingizmustafayev.com