ANA SƏHİFƏ
XƏBƏRLƏR
HƏYAT VƏ FƏALİYYƏTİ
Ç.M. FONDU
FOTO ALBOM
QARABAĞ
XOCALI SOYQIRIMI
VİDEO ARXİV
MƏQALƏLƏR
KİTABLAR

 

ÇİNGİZƏ DÜŞMƏN KƏSİLƏNLƏR KİMLƏR İDİ?

Mərhum jurnalist Çingiz Mustafayevin yaşadığı evin divarında onun xatirə baralyefi açılmışdır…
Şəhidlər xiyabanını ziyarət edənlərdən bir nəfər də tapa bilməzsiniz ki, Çingizin məzarı önündə ayaq saxlamasın. «Fatihə» oxuyub salavat çevirən kim, ürəkdən ah çəkib sızıldayan kim, «heyf səndən Çingiz!» deyən kim… Sinəsinə övlad itkisinin dağı çəkilmiş valideynlərin neçəsini görmüşəm ki, doğmalarının məzarlarını ilə vidalaşandan sonra Çingizin məzarına yaxınlaşıb başdaşına oxşayıb.
Bəli, Çingiz həlak olandan bir müddət sonra camaat başa düşdü ki, respublikanın telejurnalistikasına necə ağır zərbə deyib. Bu əvəzsiz igid balanın nəcib əməlləri haqqında çox deyilib, çox yazılıb. İnanıram ki, illər keçəcək, millətimiz zillətdən, torpaqlarımız əsarətdən xilas olacaq, yeni yetişəcək nəsillər Çingizdən yadigar qalan lentlərə tamam başqa gözlərlə baxacaqlar. Bəlkə onda indi itmiş hesab olunan bəzi kasetlər də üzə çıxarılacaq. Vətən müharibəsi salnaməsində çatışmayan səhifələr bərpa ediləcək və Çingizə indikindən daha artıq, daha yüksək qiymət veriləcək.
Çoxdan sübut olunmuşdur ki, bizim başımıza nə bəlalar gəlibsə, ancaq və ancaq unutqanlılığımızdan olub. Yaxşı olardı ki, Azərbaycan TV-nin rəhbərliyi vaxtilə «215 KL» studiyasının bir neçə lentini təzədən nümayiş etdirəydi. Bir görəydik ki, bir azdan şəhidlik zirvəsinə yüksələcək Çingizə niyə düşmən kəsilmişdilər? O nə günahın sahibi idi ki, yalançı şüarlarla aldanmış müəyyən qrup adamlar onu təqib etməyə başlamışdılar. Onun hansı lentləri və çıxışları sonradan respublikanı bəla girdabına salmış bizim başabəla demokratların xoşuna gəlməmişdi? 1991-ci ilin 5 dekabrı. Milli Müdafiə Nazirliyinin qarşısı nə etdiklərini kimlərin toruna düşdüklərini bilməyən adamlarla doludur.
Görəcək günlərimiz var imiş, məmləkətin üstünü ölüm təhlükəsi olan bir vaxtda adlı-sanlı hərbi mütəcxəssisi, təcrübəli sərkərdəni, əsl hərbi peşəkarı ordu quruculuqdan, müdafiə işlərindən uzaqlaşdırırlar. Elə bu zaman xəbər gəlir ki, Çingiz gəlir. Kütlə onunla haqq-hesabı çürütmək üçün hücuma keçir. Allah üzünə baxır ki, Çingiz üzünə baxır ki, Çingiz təhlükəni duyaraq yolunu dəyişir.
Səhəri gün, yəni 1991-ci il 6 dekabr tarixli «Aydınlıq» qəzetində (№ 41) Nazilə Culfalı adlı birisinin Çingizə ünvanladığı məktub dərc olundu. Gətirəcəyim sitatlar məktubun hansı ovqan üstündə kökləndiyini sübut edir. Bir azdan şəhidlik zirvəsinə qalxacaq bu əvəzsiz igid telejurnalistə görün nələr deyilib:
«Dünənə kimi barlarda, kuoublarda müxtəlif məclislərdə «Boni M»in sədaları altında uyuyan, dünyanı vecinə almayan, Qarabağın, odun, alovun nə olduğunu bilməyən bu «gül bala» nə vaxtdan telejurnalist oldu?». «Sənin sorağın ali məktəblərin diskotekalardan, barlardan, restoranlardan gəlirdi». «Sənin kimi belibağlıların çağırışları ilə hələ neçə-neçə nahaq qanlar bu torpağa töküləcək». «Axı sən kimsən ki, belə bir çağırışla ekrana çıxırsan?».
Bəli, nəyiksə, buyuq!
Nə yaxşı olardı, özlərini mücaşid, əsl vətənpərvər sayan adamları cin atına mindirmiş o lentlər bir də nümayiş etdiriləydi. Unutqanlıqda ad qazanmış bu xalq biləydi ki, nə üçün nəyin üstündə Çingiz kimi oğulun üzərinə kütləni qızışdırıb yönəltmişdilər…

Firuz HAŞIMOV
«NAXÇIVAN» qəzeti
20 noyabr 1996.


© 2004 Copyright In Memory of Chingiz Mustafayev. www.chingizmustafayev.com