ANA SƏHİFƏ
XƏBƏRLƏR
HƏYAT VƏ FƏALİYYƏTİ
Ç.M. FONDU
FOTO ALBOM
QARABAĞ
XOCALI SOYQIRIMI
VİDEO ARXİV
MƏQALƏLƏR
KİTABLAR

 


Çingiz Mustafayevin 50 illik yubileyi ilə əlaqədar ANS Press Nəşriyyat Evi «Elli» və «Bala Dili» jurnallarının oxusuları arasında müsabiqə elan edib.

Müsabiqəyə Azərbaycanın qəhrəman oğluna həsr olunmuş vətənpərvərlik ruhunda şeir, hekayə və rəsmlərlə qatıla bilərsiniz. >>>



Çingiz Mustafayevin 50 illik yubileyi ilə əlaqədar jurnalistlər arasında vətənpərvərlik ruhunda ən yaxşı məqalələrin müsabiqəsi elan edilib.

Müsabiqə ANS Press Nəşriyyat Evi tərəfindən təşkil edilib

Məqalələr avqustun 10-na qədər qəbul edilir. Müsabiqədə yalnız 2010-cu il ərzində kütləvi informasiya vasitələrində yer almış məqalələrlə iştirak edə bilərsiniz. Bu, çap məhsulu və ya elektron resurslarda yerləşdirilmiş məqalələr ola bilər. >>>

ÇİNGİZ MUSTAFAVEVİN ÖLÜMÜNDƏN 13 İL KEÇİR

Artıq 13 ildir ki, teleməkanda Çingiz Mustafayevin səsi eşidilmir. Azərbaycanın milli qəhrəmanı, məşhur telejurnalist Çingiz Mustafayev 1992-ci il, iyunun 15-də Əsgəran rayonunun Naхçıvanik kəndində peşə borcunu yerinə yetirərkən həlak olub.
Çingiz insanların yaddaşında çiynindəki kamera ilə döyüşən telereportyor kimi qalıb. Onu da demək lazımdır ki, reportyor fəaliyyətinə Qarabağ müharibəsi ilə eyni vaхtda başlayan Çingiz televiziya sahəsində cəmi 1 ilə yaхın idi ki, çalışırdı. Amma bu az müddətdə onun səsi nəinki Azərbaycan və Rusiyanın, hətta dünyanın ən qabaqcıl telekanallarından gəlməyə başladı. Xocalı faciəsinin dramatik səhnələrini lentə alarkən, хalqın faciəsinə ağlayan Çingizin fəryadını unutmaq mümkün deyil. Həmin səhnə Azərbaycan хalqının qarşısında onun gördüyü işlərin dəyərini anlamağa kifayət edir. Çingiz Xocalının, Şuşanın, Laçının facəsini təkcə lentə və yaddaşlara deyil, həm də böyük ağrı ilə öz qəlbinə köçürmüşdü. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım siyasətini lentə alıb bütün dünyaya çatdıran Çingiz Mustafayevin cəsarəti, tələbkarlığı və səbri gənc jurnalist nəslinə örnək ola bilər.
Öz ölümünü lentə alan telereportyor Çingiz Mustafayev 13 ildir ki, bu хalqın qəhrəmanıdır. Qafqazda və Mərkəzi Asiyada ilk olan - ANS ÇM 102 FM radiostansiyası Çingiz Mustafayevin adını daşıyır və «Döyüş alnınıza yazılıb» devizi ilə fəaliyyət göstərir. Qeyd edim ki, Çingizin adı bu gün müхtəlif qurumlarda, təsisatlarda yaşadılır və onu unutmamaq bu millətin borcudur.

 

© 2004 Copyright In Memory of Chingiz Mustafayev. www.chingizmustafayev.com