ANA SƏHİFƏ
XƏBƏRLƏR
HƏYAT VƏ FƏALİYYƏTİ
Ç.M. FONDU
FOTO ALBOM
QARABAĞ
XOCALI SOYQIRIMI
VİDEO ARXİV
MƏQALƏLƏR
KİTABLAR

 


Çingiz Mustafayevin 50 illik yubileyi ilə əlaqədar ANS Press Nəşriyyat Evi «Elli» və «Bala Dili» jurnallarının oxusuları arasında müsabiqə elan edib.

Müsabiqəyə Azərbaycanın qəhrəman oğluna həsr olunmuş vətənpərvərlik ruhunda şeir, hekayə və rəsmlərlə qatıla bilərsiniz.
Müsabiqənin şərtlərinə görə, iştirakçılar əl işləri və ya yazılarını iyul ayının 20-dən gec olmayaraq təqdim etməlidir. Şeir, hekayə və rəsmləri elektron poçt ünvanımıza, eləcə də, Nəşriyyat Evinə çatdıra bilərsiniz. İştirakçılar müsabiqə materiallarında yaş həddini, ünvan, əlaqə telefonlarını qeyd etməlidir.
Müsabiqənin nəticələri «Elli» və «Bala Dili» jurnallarının avqust buraxılışında elan olunacaq.
Qaliblərə, eləcə də, ən yaxşı işlərin sahiblərinə hədiyyələr təqdim olunacaq. Jurnalların saylarında qaliblərin şeir, hekayə və rəsmləri, eləcə də, onlarla müsahibə yerləşdiriləcək.

Ünvan: ANS Press Nəşriyyat Evi, keçid 1128, məhəllə 504.
Əlaqə telefonları: 510 43 51, 510 40 23, 510 42 59. daxili nömrə 204.

 

© 2004 Copyright In Memory of Chingiz Mustafayev. www.chingizmustafayev.com