ANA SƏHİFƏ
XƏBƏRLƏR
HƏYAT VƏ FƏALİYYƏTİ
Ç.M. FONDU
FOTO ALBOM
QARABAĞ
XOCALI SOYQIRIMI
VİDEO ARXİV
MƏQALƏLƏR
KİTABLAR

 


Çingiz Mustafayevin 50 illik yubileyi ilə əlaqədar ANS Press Nəşriyyat Evi «Elli» və «Bala Dili» jurnallarının oxusuları arasında müsabiqə elan edib.

Müsabiqəyə Azərbaycanın qəhrəman oğluna həsr olunmuş vətənpərvərlik ruhunda şeir, hekayə və rəsmlərlə qatıla bilərsiniz. >>>

 

Çingiz Mustafayevin 50 illik yubileyi ilə əlaqədar jurnalistlər arasında vətənpərvərlik ruhunda ən yaxşı məqalələrin müsabiqəsi elan edilib.

Müsabiqə ANS Press Nəşriyyat Evi tərəfindən təşkil edilib

Məqalələr avqustun 10-na qədər qəbul edilir. Müsabiqədə yalnız 2010-cu il ərzində kütləvi informasiya vasitələrində yer almış məqalələrlə iştirak edə bilərsiniz. Bu, çap məhsulu və ya elektron resurslarda yerləşdirilmiş məqalələr ola bilər. >>>

TARİX YARADANLAR ÖLMÜRLƏR

Veb sayt Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin xatirəsinə həsr edilib. Saytda Çingiz Mustafayevin bütün həyat və fəaliyyəti işıqlandırılacaqdır.
«Çingiz Mustafayev adına Fond» haqqında yenilikləri də saytda tapa biləcəksiniz.
İstəyimiz Milli Qəhrəmanımızı internet məkanında gələcək nəsilə və bütün dünyaya tanıtmaqdır.


Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı «Cəngi» birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz Mustafayevi islahtçı-novator lider simasında təqdim etməkdə idi.
Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu.


«215 KL» NƏ DEMƏKDİR VƏ ÇİNGİZ BU STUDİYANI NİYƏ TƏRK ETDİ…
Müsahibim «215 KL» studiyasının direktoru Nicat Əliyevdir.

 


© 2004 Copyright In Memory of Chingiz Mustafayev. www.chingizmustafayev.com